İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspandilli media - EFE informasiya agentliyi, İsveçrə ictimai teleradio yayım korporasiyasının (SRG SSR) SWI swissinfo.ch versiyası, aparıcı xəbər portalları oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edib.
Milli.Az xəbər verir ki, həmin materiallarda Füzuli Beynəlxalq Aeroportunun Qarabağın hava qapıları kimi vurğulanır. Oxucuların diqqətinə çatdırılır ki, Füzuli Aeroportuna Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üç hərfdən ibarət FZL kodu verib. Çox qısa müddətdə tikilmiş bu aeroport ən müasir naviqasiya avadanlığı ilə təchiz olunub. Uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istənilən tipli hava gəmilərini qəbul edə bilər.
Materiallarda bildirilir ki, Füzuli şəhəri təqribən 30 il erməni işğalı altında olub. Azərbaycan və Türkiyə liderləri Azərbaycanın cənub-qərbində mühüm avtomagistralın təməlini qoyub, digərinin isə tikintisində işlərin gedişi ilə tanış olublar.
Dövlət başçıları danışıqlardan sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Türkiyə Prezidenti regional əməkdaşlığın əhəmiyyətindən danışaraq deyib ki, əgər Ermənistan Azərbaycana səmimi münasibət göstərərsə, onda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına heç bir əngəl qalmayacaq. Bu region güclü logistik mərkəzə çevriləcək. Azərbaycanın bütün qonşuları, o cümlədən İran, Gürcüstan və Ermənistan bu mərkəzdən istifadə edə biləcək.
EFE agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlamasına da diqqət çəkir: "Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
XƏBƏR LENTİ
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı





