Dünya

Ərdoğan Afrika ölkələrinə səfər edib

17 Oktyabr 2021 19:26
1 Şərh     Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikaya səfərə çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata konfransında bildirib ki, indiyədək Afrikanın 28 ölkəsinə 38 dəfə səfər edib.
R. T. Ərdoğan deyib ki, növbəti səfər Türkiyə ilə Afrika arasında yeni mərhələnin başlanğıcı olacaq: "Türkiyə Afrika ölkələri üçün strateji bir ortaqdır. Türkiyə-Afrika əlaqələrini daha da yaxınlaşdırmaq niyyətindəyik".
Qeyd edək ki, səfər oktyabrın 20-də başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.