Dünya

İŞİD məsciddəki partlayışı öz üzərinə götürdü

16 Oktyabr 2021 08:03
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İŞİD terror təşkilatı Əfqanıstanın Qəndahar şəhərində yerləşən şiə məscidində baş verən partlayışı öz üzərinə götürüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə terror təşkilatının sosial media kanallarında məlumat yayılıb.

Məlumata görə, terror aktında iki canlı bomba iştirak edib. Partlayış nəticəsində 62 nəfər həlak olub.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın Qunduz şəhərindəki məscidə təşkil olunan bombalı hücumu da İŞİD öz üzərinə götürmüşdü. Sözügedən terror aktında 100 nəfər ölmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.