Dünya

Küveytdə qadınlar orduda xidmət edə biləcək

12 Oktyabr 2021 21:17
0 Şərh     Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb.

Nazir bildirib ki, vüveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib.

"Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı verməyin vaxtı gəlib" - deyə nazir qeyd edib.

Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.