Dünya

“Artıq səbrimiz qalmayıb” - Ərdoğan

11 Oktyabr 2021 23:05
1 Şərh     Baxış: 1 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Suriyadan ölkəmizə qarşı terror hücumlarına artıq səbrimiz qalmayıb".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında bildirib.

"Təhdidləri sıradan çıxarmaqda qərarlıyıq. Ən qısa müddətdə lazımi addımları atacağıq.

"Fərat qalxanı" hərəkatı bölgəsində polislərimizə qarşı son hücum və torpaqlarımızı hədəf alan təcavüzlər artıq səbr kasamızı daşırıb", - dövlət başçısı qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.