Dünya

17 il edamını gözlədi, qərar ləğv olundu

9 Oktyabr 2021 08:33
0 Şərh     Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Oreqon əyalətində 17 ildir edamını gözləyən qaradərili məhkum Cesse Lee Consonun müddəası ləğv edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Oroqon Ali Məhkəməsi 2004-cü ildə həbs edilən şəxsə özünü yetərincə müdafiə etmək haqqı verilmədiyi qənaətinə gəlib.

Qeyd edək ki, Conson 1998-ci ildə bir qadını öldürməkdə təqsirləndirilərək onun barəsində ölüm hökmü verilib. Məhkum edildikdən sonra, Consonun vəkilləri istintaqda bir şahidin ifadə verərək, qətl zamanı evə girən adamın ağdərili olduğunu bildiriblər. Araşdırma zamanı müəyyənləşib ki, həmin vaxt polis və ya vəkillər şahidlə söhbət etməyiblər. Məlumata görə, şahid gördüklərini iki dəfə polisə danışmağa cəhd edib, ancaq hüquq-mühafizə orqanının əməkdaşı buna artıq ehtiyac olmadığını bildirib.

Araşdırmalardan sonra onun barəsində verilən ölüm hökmü ləğv edilib. Hazırda Consonun hüquqlarını müdafiə edən vəkil bildirib ki, həmin vaxt polis əməkdaşı irqçiliyə yol verib və müvəkkili bu səbəbdən dəmir barmaqlıqlar arxasındadır.

Conson barədə növbəti qərarın nə olacağına dair hələlik açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.