Dünya

ÜST long-kovid diaqnozunu rəsmi olaraq təsdiqlədi - Postkovid nədir?

8 Oktyabr 2021 21:20
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə Dünya Səhiyyə Təşkilatı long-kovid adlı yeni diaqnozun rəsmi açıqlamasını dərc edib. Long kovid koviddən sonrakı postkovid sindromudur.

Milli.Az xəbər verir ki, təqdimat ÜST-ün xüsusi ekspertlər qrupunun yüzlərlə pasiyent üzərində analizləri, müşahidələri əsasında hazırlanıb.

"Long-kovid kovid infeksiyası keçirmiş bir çox xəstələrdə kovidin fəsadlarının və xəstəlik simptomlarının 3 ay və daha çox müddət orqanizmdə qalması, hiss edilməsidir. Belə ki, bu simptomlar digər xəstəliklərlə əlaqələnmir, məhz koviddən sonra baş qaldırıb.

Əsas ümumi əlamətləri: həddən artıq yorğunluq, tənəffüs çatmaması, çətinlik, sinir-nevroloji problemlər, əzələ ağrıları, beynin koqnitiv funksiyasında zəifləmə, başgicəllənmə və s.dir. Simptomlar xəstəliyin ilk günündən başlayır, sonra itir, azalır, daha sonra yenidən güclənə bilir. Xəstələr hələ də koviddən sağalmadığını düşünür, əvvəlki həyat rejiminə qayıtmır, tam müalicə olmadıqlarını düşünürlər.

ÜST qeyd edir ki, postkovid sindromu diaqnoz etmək, xəstələri dinləmək, onları digər diaqnozlardan fərqləndirmək və nəticələri mümkün qədər tez müalicə və reabilitasiya etmək vacibdir.

Sindromun öyrənilməsi və pasiyentlərə necə kömək edilməsi barədə işlər davam etdirilir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.