Dünya

İtaliyada karantin qaydaları yumşaldılır

8 Oktyabr 2021 21:15
0 Şərh     Baxış: 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada karantin rejiminin qaydaları yumşaldılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mədəniyyət və idman obyektlərində, eləcə də diskotekalarda tutumun artırılmasına dair yeni qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Belə ki, yeni qaydalara əsasən, oktyabrın 11-dən etibarən ölkədəki teatr, kinoteatr və mədəniyyət evlərində (yalnız ağ zonada) ümumi tutumun 100 faizinə, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə isə qapalı diskotekaların fəaliyyətinə icazə veriləcək.

Stadionlarda tamaşaçı tutumu 75 faiz, qapalı idman salonlarında oturacaqların doluluq nisbəti 60 faiz olmalıdır. Bu məkanlara girişdə "Yaşıl keçid kartı" ("Green pass" və ya vaksin sertifikatı) tələb ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.