Dünya

“Ferrari”nin vitse-prezidenti Şumaxerin son vəziyyətindən danışdı

7 Oktyabr 2021 09:30
0 Şərh     Baxış: 1 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ferrari" vitse-prezidenti Piero Lardi Ferrari "Formula 1"in əfsanəvi pilotu Mixail Şumaxerin səhəti barədə məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Romada keçirilən mükafatlandırılma mərasimində çıxış edən P.L. Ferrari  Şumaxer barədə keçmiş zamanla danışılmasından böyük təəssüf hissi keçirdiyini vurğulayıb.

"O, bizimlədir, ölməyib. Ancaq hələ bizimlə təmas qura bilmir",  - deyə italiyalı biznessmen vurğulayıb.

Qeyd edək ki, Mixail Şumaxer 2013-cü ilin dekabrın 29-da Fransada xizək sürərkən yıxılaraq ağır zədə alıb və səkkiz ildir ki, koma vəziyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.