Dünya

"Mossad" İran generalını oğurladı

7 Oktyabr 2021 21:06
0 Şərh     Baxış: 2 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin "Mossad" kəşfiyyatı Suriya ərazisində məxfi əməliyyat keçirərək İran İslam Respublikasının generalını oğurlayıb.

Milli.Az The Times of Israel-ə istinadən bildirir ki, əməliyyat sentyabrda keçirilib. Suriyadakı iranlı general oğurlanaraq Afrika ölkələrindən birinə aparılıb. Orada general dindirilib, sonra buraxılıb.

Başqa təfərrüatlar barədə məlumat verilmir.

Əməliyyatın əsas məqsədi 1986-cı ildə təyyarəsi Livan səmasında vurulandan sonra itkin düşmüş isralli şturman Ron Aradın taleyini müəyyənləşdirmək olub.

Halbuki İsrail mediasında ilkin olaraq yer alan məlumatlarda kəşfiyyatın əməliyyatı uğursuzluq kimi dəyərləndirilmiş, "Mossad"ın rəhbəri David Barnea da guya əməliyyatı rüsvayçılıq saymışdı.

Lakin sonra İsrial mediası bildirdi ki, Barneanın "Mossad" əməkdaşlarına yolladığı məktubunda bu xüsusi əməliyyat böyük uğur saylıb. "Mossad" gerçəkdən də, missiyasını yerinə yetirib.

İsrailin baş naziri Naftali Bennet knessetin (ölkə parlamenti) qış sessiyasının açılışındakı çıxışı əsnasında "bu xüsusi əməliyyat mürəkkəb və miqyaslı idi" söyləyib.

İsrail Hərbi-Hava Qüvvələrinin şturmanı Ron Aradın olduğu təyyarə 1986-cı ildə Livanın Səyda şəhərinin səmasında vurulub. Şturman katapultadan istifadə edib, Livandakı "Amal" hərəkatının mənsublarının əlinə keçib. Bundan sonra Aradın İrana aparıldığı, sonra isə Livana qaytarıldığı güman edilir.

Ron Aradın 1990-cı illərdə əsirlikdə öldüyü güman olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.