Dünya

Yəməndə husilərin atəşi nəticəsində onlarla dinc sakin yaralanıb, ölənlər var

4 Oktyabr 2021 10:24
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yəməndə husilər Marib əyalətinin şimalını ballistik raketlərdən atəşə tutub.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SABA bildirib.

Məlumata görə, üsyançılar dinc sakinlərin yaşadığı Er-Ravda yaşayış məntəqəsini hədəf seçiblər. Hücum nəticəsində 2 uşaq həlak olub, həmçinin 5-i uşaq, 4-ü qadın olmaqla, 33 dinc sakin yaralanıb. Atəş nəticəsində ərazidəki 12 evə zərər dəyib.

Husilər atəşlə bağlı hər hansı açıqlama verməyiblər.

Yəməndə üsyançılarla hökumət qüvvələri arasında silahlı qarşıdurmalar 2014-cü ildən davam edir. Bu illər ərzində on minlərlə dinc sakin hərbi əməliyyatlardan zərər çəkib, minlərlə insan həlak olub. Vətəndaş müharibəsi ölkəyə külli miqdarda ziyan vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.