Dünya

Avropada qazın qiymətində tarixi maksimum qeydə alınıb

30 Sentyabr 2021 15:06
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 070 ABŞ dolları həddini ötüb.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 2,6% artaraq 1 072,96 dollara yaxınlaşıb.

Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 000 dolları ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.