Dünya

Arxeoloqlar 40 min il əvvəl neandertal insanların yaşadığı mağaranı kəşf ediblər

30 Sentyabr 2021 12:54
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbəllütariqdə qazıntı işləri aparan alimlər 40 min il əvvəl mövcud olmuş, ətraf aləmdən tamamilə təcrid olunaraq qalmış mağara kəşf ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mütəxəssislərə görə, bu tapıntı neandertalların mədəniyyəti və adətləri haqqında bir çox yeni məqamları kəşf etməyə imkan verəcək.

Qeyd edilir ki, tədqiqatçılar hələ 2012-ci ildən başlayaraq Aralıq dənizində, Cəbəllütariqin cənub-şərq hissəsində yerləşən Qorama mağara kompleksini araşdırmağa başlayıblar.

Ən böyük qazıntılar mağara kompleksin bir hissəsi olan Vanquard mağarasında aparılıb.

Mütəxəssislər qeyd edirlər ki, keçidlərin çoxunun qumla örtülməsi mağara kompleksinin həqiqi ölçülərini anlamağı çətinləşdirir.

Arxeoloqlar tapılan mağara kamerasının onların başqa oxşar məkanlara çıxış əldə etməyə imkan verəcəyinə inanırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.