Dünya

Məşhur serbiyalı musiqiçi və sabiq nazir dünyasını dəyişdi

30 Sentyabr 2021 08:08
0 Şərh     Baxış: 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur serbiyalı pianoçu, Belqrad filarmoniyasının direktoru və keçmiş mədəniyyət naziri İvan Tasovats dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Tasovatsın halı dünən evində qəflətən pisləşib. Təcili yardım onu xəstəxanaya çatdırmağa çalışsa da, 56 yaşlı musiqiçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İvan Tasovats Belqrad və Zaqreb filarmoniyalarının orkestrində solist kimi İtaliya, İspaniya, İrlandiya, ABŞ, Rusiya, Belçika kimi ölkələrdə çıxış edib, bir sıra beynəlxalq musiqi yarışlarında münsif olub. O, 2013-2014-cü illərdə Serbiyanın mədəniyyət naziri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.