Türkiyə gələcəkdə Rusiya silahları alarsa, əlavə sanksiyalarla üzləşə bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri postuna namizəd Ceff Fleyk deyib.
"Türkiyə ilə əlaqələrimizdə dərin problemlər qalmaqdadır. Türkiyə Rusiyanın S-400-lərini seçdi. Bu, NATO müttəfiqlərinin 2016-cı ildə sammitdə qəbul edilən öhdəliklərinə ziddir. Bu, Türkiyənin F-35 proqramından çıxarılması və CAATSA sanksiyalarına məruz qalmasını sürətləndirdi. Türkiyənin gələcəkdə də rus silahlarını alacağı təqdirdə əlavə sanksiyalarla üzləşməsi riskinin olduğunu bir daha bildirirəm", - deyə diplomat bildirib.
Milli.Az