Dünya

Koronavirus mövsümi infeksiyadır?

21 Sentyabr 2021 08:13
0 Şərh     Baxış: 8 074
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mövcud vəziyyətdə koronavirusu mövsümi infeksiyalarla eyni sırada qoymaq olar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Norveç İctimai Sağlamlığı İnstitutunun direktor müavini Qeyr Buxolm bildirib.

Alim qeyd edib: "İndi yeni bir mərhələdəyik ki, koronavirusa bir neçə mövsümi tənəffüs yolu xəstəliklərindən biri kimi baxmalıyıq".

Risk altında olan insanların çoxunun vaksin olunduğuna diqqət çəkən alim deyib ki, buna görə də son vaxtlar xəstəxanalar nisbətən boşdur: "Ancaq bu pandemiyanın bitdiyi anlamına gəlmir, çünki peyvənd inkişaf etməkdə olan ölkələrdə kifayət qədər insanı əhatə etmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.