Dünya

Afina İstanbula hücum edəcək, Türkiyə isə... - General

20 Sentyabr 2021 13:58
0 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanla müharibə olacağı təqdirdə Türkiyənin əsas yerüstü hədəfi Saloniki şəhəri olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə istefada olan türk generalı Ərdoğan Qaraquş deyib.

O xatırladıb ki, Yunanıstan ABŞ-ın müttəfiqi olaraq öz ərazisini Amerika hərbi bazasının yerləşdirilməsi üçün təmin edib. Onlardan biri Trakyanın Alekandropolis şəhəri yaxınlığında yerləşir.

Qaraquşun sözlərinə görə, bu forpost tam təchiz olunub və Türkiyə ordusunun quru əməliyyatını əngəlləməyə hazırdır.

Təqaüddə olan hərbçi Afinanın da İstanbulu ələ keçirməyə çalışacağını söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.