Dünya

Çin inanılmaz dərəcədə sürətlə irəliləyir - Pentaqon

18 Sentyabr 2021 18:06
0 Şərh     Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiya və Çinin qarşısını almaq üçün ordusunu modernləşdirməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi sədrinin müavini Con Hayten çıxış edib.

"Amerika hərbi liderinin dediyi kimi, ABŞ dünyanın ən güclü qüvvəsi idi. Ancaq indi rəqiblərimiz var. Onlarla işləmək məcburiyyətindəyik. Və hər iki ölkə, xüsusilə Çin inanılmaz dərəcədə sürətlə irəliləyir. Biz uyğunlaşana qədər aradakı məsafə çoxalacaq. Buna icazə verə bilmərik", - Hayten vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.