Dünya

Tayvana və Yaponiyanın cənub hissəsinə tayfun yaxınlaşır

9 Sentyabr 2021 09:36
0 Şərh     Baxış: 1 286
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gün əvvəl Filippin yaxınlığında, Sakit okeanda yaranan "Çansu" fırtınası kəskin şəkildə güclənib. İndi o Tayvana və Yaponiyanın cənubundakı Okinava prefekturasına doğru irəliləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Meteorologiya İdarəsi bildirib.

Tropik fırtınasına "dağıdıcı" kateqoriyası verilib. Hazırda onun mərkəzi hissəsində küləyin sürəti 15 m/s təşkil edir.

Tayfunun 12 və ya 13 sentyabrda Tayvana və Yaponiyanın Sakisima adalarına yaxınlaşacağı proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.