Dünya

Porno saytlar məhkəməyə verildi

7 Sentyabr 2021 09:48
0 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "e-Enfance" və "La Voix de l'enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib.

İddia ərizəsində bildirilib ki, uşaqlar üçün porno saytlara giriş olduqca asandır. Burada yalnız 18 yaşın olmasını təsdiq edən düyməyə basmaq kifayətdir. Halbuki, giriş üçün daha çətin prosedurlar tətbiq olunmalı və azyaşlıların onlar üçün zərərli ola biləcək materiallardan qorunması təmin edilməlidir.

Qeyd edək ki, iş üzrə ilk məhkəmə iclası sentyabrın 9-da keçiriləcək. İddianın təmin olunması halında saytları 75 min avro cərimə, məsul şəxsləri isə üç ilədək həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.