Dünya

Paşinyanın siyasi qərarı: "Heç kim Qarabağa getməsin"

2 Sentyabr 2021 23:48
1 Şərh     Baxış: 6 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qondarma rejiminin qalıqlarının "müstəqillik günü" nü qeyd etmək üçün heç bir Ermənistan hökumətinin üzvü Qarabağa getməyib. Bu barədə "Radio Azatutyun" yazır.

Baş nazir Nikol Paşinyanın Qarabağa niyə getmədiyini soruşduqda, hökumət aparatının mətbuat xidməti qısaca cavab verib: baş nazir 31 avqustdan bəri üç günlük məzuniyyətdədir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hökumət iclasından sonra yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan Paşinyanın Qarabağa getməmək qərarının siyasi olduğunu bildirib. Qeyd edək ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra Paşinyanın Qarabağda olmayıb.

"Siyasi bir qərar verilib, başqa bir şey axtarmayın", - Xaçatryan qeyd edib. Hökumət üzvü bu siyasi qərarın səbəbinin nə olduğunu izah etməyib.

"Şərəfim var" fraksiyasının üzvü Tiqran Abramyanın fikrincə, Qarabağda Ermənistanın yüksək vəzifəli rəsmilərinin olmaması "hakimiyyətin Azərbaycanın diktə etdiyi oyun qaydalarını qəbul etməsi" deməkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.