Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin yeni siyahısını açıqlayıb.
Milli.Az modern.az-a istinadən bildirir ki, jurnal siyahını hazırlayarkən təhsil müəssisələrinin dərc etdiyi elmi araşdırmaları, beynəlxalq əlaqə və mövqelərini, gəlirlərini və keçən ilki siyahıda sıralanması kimi 13 faktoru nəzərə alır.
Britaniyadakı Oksford Universiteti 6 ildir dünyanın ən yaxşı universiteti olaraq bu dəfə də siyahıya liderlik edir. ABŞ-ın Harvard, Stanford Universitetləri, Kaliforniya və Massaçusets Texnologiya İnstitutları ilk 5-likdə yer alıb.
Türkiyədən Çankaya və Sabancı Universitetləri dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmağı bacarıb.
Siyahıda ümumilikdə 99 ölkə və ya bölgə təmsil olunur.
Milli.Az