Dünya

İrandan Baydenin "digər variant" hədəsinə cavab

29 Avqust 2021 12:44
0 Şərh     Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və İsrail liderlərinin İranla bağlı açıqlamalarını təhdid kimi qəbul edirik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani deyib.

"Bayden və Bennett arasındakı ilk görüşdə İrana qarşı "digər variantlar"ın vurğu edilməsi başqa bir ölkəni qeyri-qanuni təhdid etmək mənasını verir. Həmçinin, bu, İranın "mövcud variantlara" cavab vermək hüququnu bir daha təsdiqləyir", - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Naftali Bennettlə görüşündə İranla bağlı diplomatiyanı əsas tutduqlarını, lakin diplomatiya uğursuz olarsa, başqa variantlara müraciət etməyə hazır olduqlarını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.