Dünya

“Moskva “Taliban”ı tanımağa tələsmir” - Rusiyalı səfir

26 Avqust 2021 08:23
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyətini tanımağa tələsmir, lakin yeni reallığa fikir verməyə bilmir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin BBC telekanalının "Hard Talk" proqramına müsahibəsində bildirib.

"Biz vəziyyəti təhlil edirik. Biz hər hansı siyasi addımı qəbul etməyə və ya atmağa tələsmirik. Nə baş verdiyinə baxırıq", - o deyib.

Bununla yanaşı, diplomat xəbərdarlıq edib ki, talibləri tanımaq və onlarla dialoq aparmaq müxtəlif şeylərdir.

"Artıq bir müddətdir ki, biz taliblərlə əlaqə saxlayırıq, biz onlarla genişlənmiş "üçlük" (Rusiya, ABŞ, Çin və Pakistan -red.) formatında danışırıq", - Kelin qeyd edib.

"Onlar əfqan cəmiyyətinin bir hissəsidir, biz onlara fikir verməyə bilmərik, bu, reallıqdır. Biz onlarla danışmağa davam edirik", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.