Dünya

ABŞ-da hərbçilərin vaksinasiyası məcburi oldu

25 Avqust 2021 22:15
0 Şərh     Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da bütün hərbçilər üçün vaksinasiya məcburi olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Austinin Silahlı Qüvvələrə göndərdiyi sənəddə qeyd edilib.

"Tibb mütəxəssisləri və hərbi səlahiyyətlilərlə apardığım müzakirə və Prezidentin də dəstəyi ilə COVID-19-a qarşı məcburi vaksinin Amerika xalqını müdafiə etmək və ordunu qorumaq üçün lazım olduğuna qərar verdim", - sənəddə deyilir.

Nazir silahlı qüvvələrdə vaksinasiyadan keçməyənlərə dərhal peyvənd vurulması barədə təlimat verib.

Pentaqon sözçüsü Con Kirbi hərbçilərə "Pfizer-BioNTech" vaksini vurulacağını bildirib. O əlavə edib ki, bugünədək ordunun 68 faizi peyvəndlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.