Dünya

Əfqanıstan kütləvi aclıq təhlükəsilə üzləşib

24 Avqust 2021 10:32
0 Şərh     Baxış: 1 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda hakimiyyətin "Taliban" tərəfindən ələ keçirilməsindən sonra ölkə sakinləri aclıq təhlükəsilə üzləşiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, son həftə ərzində çox sayda vətəndaş işini itirib.

Ölkədə banklar da daxil olmaqla, bir sıra müəssisələr bağlanıb. Ərzaq qiymətləri isə durmadan artır.

Digər tərəfdən ölkə valyutasının ucuzlaşması onsuz da gərgin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Ölkəyə beynəlxalq aviareyslərin dayandırılması isə kənardan humanitar yardımların göndərilməsini xeyli çətinləşdirir.

Məsələ ilə bağlı bir sıra təşkilatlar artıq həyəcan təbili çalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.