Dünya

Kabil hava limanında qarşıdurma zamanı 7 nəfər ölüb

23 Avqust 2021 23:39
0 Şərh     Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kabil hava limanında baş verən toqquşmalarda 7 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "RİA Novosti" özəl mənbəyə istinadən xəbər yayıb.

"Kabil hava limanının qapılarında çox sayda insan izdihamı olduğuna görə insanlar xarici ölkələrin hərbçilərini sıxışdırmağa başlayıblar, bu da əvvəlcə "Taliban"ın, daha sonra xarici qüvvələrin cavab reaksiyasına səbəb olub", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, toqquşmaların qurbanları təhlükəsizlik qüvvələrinin bir əməkdaşı, iki "Taliban" döyüşçüsü və ölkəni tərk etmək istəyən dörd dinc sakin olub.

Bir hadisə şahidi də "Taliban"la xarici hərbçilərin bir-birinə atəş açdığını təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.