Heç bir sanksiya humanitar vəziyyəti ağırlaşdırmamalıdır.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəzi ölkələrin "Taliban" əleyhinə yeni sanksiyalar tətbiq etməklə bağlı çağırışlarına münasibət bildirərkən deyib.
ABŞ-nin təxliyə etdiyi bəzi əfqanlar müvəqqəti olaraq İspaniyada bazalara yerləşdiriləcək
"Həmişə bildirmişik ki, hansı sanksiyalar tətbiq olunsa da, sanksiyalar Təhlükəsizlik Şurasının arsenalında çox vacib bir vasitədir - hansı sanksiyalar tətbiq olunsa da, humanitar vəziyyəti gərginləşdirməməlidir. Bu, katibin müvafiq mövqeyidir", - deyə Düjarrik bildirib.
Milli.Az