Dünya

Avropa İttifaqı “Taliban”ı tanımaq niyyətində deyil

21 Avqust 2021 18:42
0 Şərh     Baxış: 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) "Taliban" hərəkatı ilə texniki əlaqələri saxlasa da, siyasi danışıqlar aparmır və onu tanımaq niyyətində deyil.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə Avropa institutları üçün fəaliyyət göstərmiş əfqanıstanlı mühacirlərin müvəqqəti qəbul mərkəzini ziyarətindən sonra deyib.

"Aİ "Taliban"la operativ təmaslar qurur. Bu, həyatları xilas etmək üçün lazımdır, amma heç bir siyasi müzakirədən və tanınmadan söhbət getmir", - deyə o bildirib.

Ursula von der Leyen Aİ-nin "Taliban"ın sözlərini eşitdiyini, lakin bu sözlərin hər şeydən öncə hərəkatın əməlləri və davranışları ilə ölçüləcəyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.