Dünya

Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava - Saxlanılanlar var

21 Avqust 2021 14:04
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva şəhərində erməni və özbək miqrantlar arasında kütəvi dava olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, dava "Nekrasovka" metro stansiyası yaxınlığında tikinti sahəsində baş verib. 

Məlumata əsasən, davada təqribən 20 nəfər iştirak edib və onlar tikinti sahəsində işləyən miqrantlar olub.

Qeyd olunur ki, Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları davada iştirak etməkdə təqsirli bilinən 7 Özbəkistan və 2 Ermənistan vətəndaşını saxlayıb. 

Hazırda davanın səbəbləri araşdırılır. Dava zamanı xəsarət alanların olması ilə bağlı hələ açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.