Dünya

Boris Conson: “Lazım gələrsə, “Taliban”la işləməyə hazırıq”

20 Avqust 2021 23:55
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda "Taliban" hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu zəmanət verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Conson bu barədə "Cobra" fövqəladə komitəsinin iclasından sonra "Sky News"a açıqlamasında bildirib.

"İnsanları əmin etmək istəyirəm ki, Əfqanıstandakı vəziyyətə siyasi və diplomatik həll yolları axtarmağa davam edəcəyik və əlbəttə ki, zərurət yarandıqda "Taliban"la işləyəcəyik", deyə Conson vurğulayıb.

Baş nazir əlavə edib ki, Əfqanıstanda vəziyyət bir qədər yaxşılaşıb: "Vəziyyət bir az da yaxşılaşır və Kabil hava limanında sabitlik görürük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.