Dünya

Müsəlman ölkəsi Türkiyəni təcili köməyə çağırdı - Gəlin bizi də xilas edin

19 Avqust 2021 11:10
3 Şərh     Baxış: 8 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Regionda və Livandakı sünni-şiə gərginliyi ya sabitlik, ya da vətəndaş müharibəsinə səbəb olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Livanın "Gələcək Hərəkat" birliyinin rəhbəri Əhməd Həriri deyib.

O bildirib ki, İranın İraqdakı təsiri də Livanın inkişafına əngəl olan amillərdəndir:

"Yaşadığımız regionda problemlərin səbəbi İran olmuşdur. Sünni-şiə gərginliyindən uzaq olmalıyıq, əks-halda ölkələrimiz məhv olacaq. Livan digər tərəfdən də İranla bağlılığı olan Hizbullahla mübarizə aparır. Xüsusilə Livanın şimalı hər mənada təhlükədədir. Bu bölgəyə yardım etməsək, Mosulun İŞİD-in əlinə keçməsi kimi, Şimali Livanı da itirə bilərik", - deyə Həriri bildirib.

O əlavə edib ki, regiondakı proseslərin həlli ilə bağlı Türkiyənin üzərinə böyük məsuliyyət düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.