Dünya

İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib

19 Avqust 2021 10:52
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buzlaqla örtülü olan İsveçin ən yüksək dağ zirvəsi Kebnekaysenin cənub zirvəsində sürətli ərimə qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu səbəbdən dağın hündürlüyü təxminən iki metr azalıb və indi dəniz səviyyəsindən 2 094.6 metr yüksəklikdə yerləşir.

Bu barədə Stokholm Universitetindən məlumat verilib.

Hazırda Kebnekaysenin ən yüksək zirvəsi buzlaq olmayan şimal zirvəsidir.

Şimal zirvəsinin hündürlüyü 2 096.8 metr təşkil edir.

Qeyd edək ki, BMT-nin İqlim Komissiyasının son hesabatında qlobal istiləşmənin buzlaqların görünməmiş əriməsinə səbəb olduğu vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.