Dünya

Əşrəf Qani ölkədən getməsinin səbəbini açıqladı

18 Avqust 2021 22:15
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qan tökülməsinin qarşısını almaq və böyük bir fəlakətə mane olmaq üçün ölkədən getmək məcburiyyətində qaldım".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Talibanın Kabili ələ keçirməsindən sonra Əfqanıstanı tərk edən Əşrəf Qani feysbuk hesabından xalqa və dünyaya səslənərkən deyib.

"Əfqanlar üçün ədalət yolundakı mübarizəni davam etdirə bilmək naminə Əfqanıstana dönənə qədər digərləri ilə fikir mübadiləsi aparacağam. Yaxın gələcəkdə ölkəyə qayıdacağam.

Təhlükəsizlik qüvvələri məni ölkədən çıxmağa məcbur etdi. Əmlakımı və gizli sənədləri Əfqanıstanda qoydum", - Ə.Qani bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.