Dünya

Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirib

17 Avqust 2021 09:48
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ordusunun bölmələri İraqda bir neçə terrorçunun zrərsizləşdirildiyini açıqlayıb.

Milli.Az report-a istinadən bildirir ki, Milli Müdafiə Nazirliyinin xəbərində qeyd edilir ki, İraqın şimalındakı Metina bölgəsində keçirilmiş antiterror əməliyyatı zamanı 8 terrorçu məhv edilib. Nazirlik tvitterdəki hesabında antiterror əməliyyatlarının davam etdiriləcəyini açıqlayıb. Məlumata görə, zərərsizləşdirilənlər arasında Türkiyə ordusunun əsgərlərini əldəqayırma partlayıcı qurğu ilə öldürən terrorçular da var.

Qeyd edək ki, ötən gün İraqın şimalında Türkiyənin bir neçə hərbçisi həlak olub. "Pençe" və Yıldırım" əməliyyatlarının keçirildiyi bölgədə əl bombasının partlaması nəticəsində 3 hərbçi həyatını itirib, 2 hərbçi isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.