Dünya

Türkiyə Prezidenti Ankarada 26 yeni fabrikin açılışında iştirak edib

16 Avqust 2021 22:15
1 Şərh     Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə paytaxtındakı Ankara ikinci Mütəşəkkil Sənaye Parkında 26 yeni fabrik və infrastrukturun açılış mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışında Türkiyənin sənaye və ixracatındakı yüksəlişlərdən bəhs edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, ümumilikdə 1 milyard 600 milyon türk lirəsi məbləğində sərmayə qarşılığında istifadəyə verilən bu fabriklərdə 1670 şəxs iş yeri ilə təmin olunacaq. Bu fabriklərin qurulması yeni növ koronavirus infeksiyası meydana çıxandan bəri Türkiyə iqtisadiyyatının müflis olacağı ilə bağlı danışanlara ən tutarlı cavabdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.