Dünya

Latviyada istehlak qiymətləri bahalaşır

13 Avqust 2021 23:00
0 Şərh     Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyada iyul ayında istehlak qiymətlərində artım tendensiyası müşahidə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Mərkəzi Statistika Bürosu yayıb.

Bildirilib ki, istehlak qiymətlərində dəyişikliklərə daha çox ərzaq məhsullarının, kirayə mənzillərin bahalaşması təsir göstərib.

Qeyd edilib ki, istehsal xərclərinin artması və müxtəlif endirim aksiyalarının başa çatması səbəbi ilə süd və süd məhsulları 4,1 faiz, tərəvəzlər 1,1 faiz bahalaşıb.

Büronun məlumatına əsasən, cari ilin iyul ayında otel və sanatoriya xidmətləri, turist səfərləri, nəqliyyat xidməti və təmiri də bahalaşıb. Aksiz vergisinin tətbiqi ilə əlaqədar olaraq təbii qazın qiyməti 31,5 faiz artıb. Həmçinin balonlarda mayeləşdirilmiş qazın qiyməti də bahalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.