Dünya

Avstriyada koronavirusa ikinci dəfə yoluxanların 85 faizi peyvənd olunmamış şəxslərdir

13 Avqust 2021 22:24
0 Şərh     Baxış: 832
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avstriya Epidemioloji Qeydiyyat Sisteminə (EMS) daxil olan məlumatlara əsasən, ölkədə 1447 nəfər ikinci dəfə koronavirusa yoluxub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təkrar yoluxanların 84,7 faizi koronavirus əleyhinə peyvənd olunmamış şəxslərdir. Sistemdə 9 nəfərin hətta üçüncü dəfə yoluxmasına dair qeydlər də mövcuddur.

Bununla da pandemiya başlayandan indiyədək Avstriyada koronavirusa yoluxmuş 656 min 615 şəxsdən (ölkə əhalisinin 7,35 faizi) 0,22 faizi virusa təkrar yoluxub.

EMS Avstriyanın bütün rayon icra hakimiyyəti strukturlarının, əyalət səhiyyə idarələrinin, Səhiyyə Nazirliyi və eləcə də Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumat bankıdır. Rəsmi qurumlar bu rəqəmlərə istinad edərək, əhalini bir daha koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.