Dünya

Nazir müavininin lesbiyan qızı Dağıstanla sərhəddə saxlanıldı

11 Avqust 2021 15:57
1 Şərh     Baxış: 20 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22 yaşlı Həlimət Taramova Çeçenistanın paytaxtı Qroznı şəhərindən qaçarkən Dağıstanla sərhəddə saxlanılıb.  

Milli.Az Lent.az-a istinadən bildirir ki, gənc qız cinsi oriyentasiyasına görə təzyiqlərə məruz qalıb. O, bundan əvvəl bir dəfə də lesbiyan sevgilisi ilə görüşmək üçün Dağıstana qaçıb. Ancaq atasının təzyiqi ilə Mahaçqala şəhərində saxlanılıb və məcburi geri qaytarılıb. Bundan sonra atası ehtimal edib ki, qızını bu vəziyyətə onun içindəki "cinlər" salıb. Qızını xilas etmək istəyən ata, şəhərdəki klinikaların birində onu dəyənəklə döydürərək cinləri çıxarmaq istəyib. Bir müddət ev dustaqlığında yaşayan Həlimət bu gün evdən qaçsa da, yenidən saxlanılıb və Qroznıya qaytarılıb. 

Qeyd edək ki, Həlimət Taramova Çeçenistanın kommunal təsərrüfat nazirinin müavini Əyyub Taramovun qızıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.