Dünya

Bəşəriyyət təbii fəlakət qarşısında: Yer sürətlə isinir

10 Avqust 2021 09:00
0 Şərh     Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupu bəyan edib ki, Yer əvvəllər hesab edildiyindən daha sürətlə isinir.

Bu barədə qrupun hesabatında bildirilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fəlakətli sonluqdan yayınmaq imkanı getdikcə azalır. Artıq planetdə orta hərarət 1,1 dərəcə artıb. Bu isə o deməkdir ki, istənilən halda ən geci 2040-cı ilədək Yer 1.5 dərəcəyədək isinəcək. Lakin əgər karbon tullantıları bugünki templə davam edərsə, o zaman həlledici 1,5 dərəcə səviyyəsi daha tez aşılacaq.

Belə olan halda dünya ölkələrində daha intensiv təbii fəlakətlər - qasırğalar, quraqlıqlar, sel və yanğınlar müşahidə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.