Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 344 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 447 913, ölənlərin sayı isə 6 084 nəfərə çatıb. Virusa yoluxanlardan 400 616 nəfərin sağaldığı bildirilir.
Milli.Az