Dünya

Türkiyə paytaxtını sel suları basdı - VİDEO

7 Avqust 2021 21:00
0 Şərh     Baxış: 1 922
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin paytaxtı Ankara şəhərinə uzun müddətdən sonra güclü yağış yağıb, şəhəri sel basıb.

"İhlas Haber Ajansı" (İHA) məlumat verir ki, güclü sel suları Ankara-Eskişehir avtomobil yolunda hərəkəti iflic edib.

Yolların su basması səbəbindən nəqliyyat vasitələrinin sürücüləri uzun müddət avtomobillərini tərk edə bilməyiblər.

Qeyd olunur ki, hazırda Ankara Böyükşəhər Bələdiyyəsi təbii fəlakətin yaratdığı fəsadları aradan qaldırmağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.