ABŞ 38 ildən sonra ilk dəfə dəniz hədəfinə qarşı göyərtə topundan istifadə edib.
Milli.Az xəbər verir ki, United States Navy-yə məxsus USS Spruance esminesi aprelin 19-da İranın "Toska" adlı mülki yük gəmisinə 5 düymlük "Mk 45" artilleriya qurğusundan atəş açıb. Hücumun məqsədi gəmini batırmaq deyil, onun hərəkətini dayandırmaq olub və nəticədə gəminin mühərriki sıradan çıxarılıb.
Məlumata görə, "Toska" dəniz blokadasını yarmağa cəhd edib. Hadisədən sonra gəmi batmayıb, ona desant çıxarılıb və nəzarətə götürülüb.
Qeyd edək ki, ABŞ-ın göyərtə artilleriyasından son belə istifadəsi 1988-ci ildə Operation Praying Mantis əməliyyatı zamanı qeydə alınmışdı.
Milli.Az





