Dünya

Baltikyanı ölkələrdə ən bahalı qida məhsulları Estoniyada satılır

4 Avqust 2021 22:20
0 Şərh     Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin ikinci rübündə ən ucuz qida məhsulları Vilnüs, ən bahalı qida məhsulları isə Tallinin ticarət şəbəkələrində satılıb. Riqa dükanlarında qiymətlər orta səviyyədə olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Kənd Təsərrüfatı Bazarının Təşviqi Mərkəzi yayıb.

Bildirilib ki, Riqa dükanlarında qiymətlər orta səviyyədə olub.

Mərkəzin rəhbəri İnquna Qlube deyib ki, qida məhsulları qiymətinin Tallində daha baha olması faktına baxmayaraq, ailə büdcəsindən ən az pul xərcləyənlər estonlardır. COVID-19 infeksiyası bu il bol məhsul əldə edilməsinə öz təsirini göstərib, resurs qiymətləri və logistika xərcləri xeyli artıb. Bu, qida məhsullarının qiymətinin də artacağı anlamına gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.