Dünya

Bu ölkə turist qəbul etməyə başlayır

30 İyul 2021 08:37
0 Şərh     Baxış: 589

Səudiyyə Ərəbistanı turist vizası sahiblərinə krallıqda təsdiq edilmiş koronavirusa qarşı hər hansı bir peyvəndinin iki dozasını vurduqları halda 1 avqustdan etibarən ölkəni ziyarət etməsinə icazə verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Turizm Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

Nazirlik qeyd edib: "1 avqust 2021 ci ildən etibarən [koronavirusa qarşı] peyvənd edilmiş turist vizası sahiblərinin krallığa giriş məhdudiyyəti götürüləcək. Onlar immunizasiya sertifikatı təqdim edildikdən sonra məcburi karantindən keçməli olmayacaqlar".

Bildirilib ki, turistlərin Səudiyyə Ərəbistanına gəlməzdən 72 saat əvvəl COVID-19 ilə bağlı PCR testin verilməsi lazımdır.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.