Dünya

Peyvəndi ələ salan məşhur bloqer koronavirusdan öldü - FOTO

26 İyul 2021 11:28
Baxış: 2 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da koronavirusa inanmayan və peyvənd kampaniyasını daim ələ salan məşhur bloger Stiven Qarmon  xəstəxanda vəfat edib.

Milli.Az azpost.info-ya istinadən bildirir ki, Kaliforniyadan olan 34 yaşlı Qarmon koronavirusdan dünyasını dəyişib.

O, peyvəndləmənin qatı əleyhdarlarından hesab edilirdi. Qarmon hətta koronya yoluxduqdan sonra da pandemiyaya lağlağı edirdi. İstehza ilə yazırdı ki, ABŞ-ın baş infeksionisti Əntoni Fauçiyə yox, Bibliyaya inanır.

Qarmon Los-Ancelesdəki klinikada müalicə alırdı. Müalicə zamanı onda pnevmoniya kəskin şəkildə artıb. Bundan sonra həkimlər Qarmonu süni tənəffüs aparatına qoşublar. Amma bloqerin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.