Dünya

Ermənistan üç əsgərinin yaralandığını deyir

24 İyul 2021 15:01
Baxış: 1 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən Ermənistan silahlı qüvvələri saat 16:00 radələrində Kəlbəcər rayonu sahəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, erməni KİV iddia edir ki,  Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində üç erməni hərbçi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə hər zamankı kimi ölkəsinin hərbi qüvvələrinin Azərbaycan ərazisini atəşə tutmasını təkzib edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.