Təyyarədən atılan 9 milyonluq kokain səhv evə düşdü, pilot həbs olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Sardiniya adasındakı bir evin damına 8,5 kiloqram kokain olan çanta düşüb. Məlum olub ki, 9 milyon avro dəyərində olan kokain yanlış ünvana atılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, narkotik vasitəsini yanlış hədəfə atmaqda şübhəli bilinən təyyarə pilotu artıq həbs olunub.
İtaliya mətbuatının yazdığına görə hadisə bu ilin mart ayında baş verib. Bundan sonra başladılan istintaqda təhlükəsizlik qüvvələri bölgədən keçən təyyarələrin qeydlərini araşdırıb. Aylarla davam edən araşdırmalardan və şahid ifadələrindən sonra ötən gün 28 yaşlı pilot Francesco Rizzo həbs edilib. Gənc pilotun narkotikləri əvvəlcədən təyin olunmuş bir nöqtədə alıcılara çatdırmağa çalışarkən təyyarədən dərmanları səhv yerə atdığı təxmin edilir.
Rizzonun 28 martda Romadan bir "Cessna" təyyarəsi ilə Sardiniyaya getdiyi və 20 dəqiqə radardan itərək adanın üzərindən çox aşağı uçduğu müəyyən edilib. Pilotun aşağı uçub çantanı alıcılara çatdırması lazım olan nöqtəni tapmağa çalışdığı, lakin hədəfini qaçırdığı bildirilir.
İtaliyanın Sardiniya adasında ilk dəfə belə bir narkotik tədarükü aşkar edilir. Lakin təhlükəsizlik qüvvələri oxşar tədarükün əvvəllər də təyyarə ilə həyata keçirilə biləcəyindən şübhələnirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat





