Dünya

Levon Aronyan Dünya kubokuna davam edə bilməyəcəyini açıqlayıb

16 İyul 2021 16:44
0 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni şahmatçı Levon Aronyan Dünya kubokunda iştirakını dayandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu təcrübəli qrossmeysterin özü açıqlayıb.

O bildirib ki, yarışda mübarizəni davam etdirməyəcək. Aronyan imtinasını sağlamlığındakı problemlə əlaqələndirib: "Böyük təəssüflə deməyə məcburam ki, Dünya kubokunda iştirakdan imtina edirəm. Yüksək temperaturum və tonzillitim var. Oynamaq üçün böyük istəyim olsa da, özümün və digər oyunçuların sağlamlığını nəzərə alaraq belə addım atıram. FİDE prezidenti Arkadi Dvorkoviçə təşəkkür edirəm. O, yaranan çətinlik zamanı mənə hər cür kömək etməyə çalışdı. Ümid edirəm ki, turnir xoşagəlməz hadisələrsiz başa çatacaq. Sağalmağı və 64 xanalı sehrli dünyaya qayıtmağı söz verirəm".

Qeyd edək ki, bir gün öncə xəstəlik səbəbindən Aronyanın ilk mərhələ görüşü baş tutmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.