Dünya

ABŞ Haitiyə xüsusi təyinatlılarını göndərir

16 İyul 2021 10:59
0 Şərh     Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Haitiyə özünün dəniz piyadalarını göndərir. Məqsəd Birləşmiş Ştatların bu ölkədə olan səfirliyinin mühafizəsini gücləndirməkdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Co Bayden Ağ Evdə Almaniya kansleri Angela Merkel ilə görüşündə bəyan edib.

C.Bayden qeyd edib ki, dəniz piyadaları ABŞ diplomatlarının təhlükəsizliyinin təminatı ilə məşğul olacaq.

Birləşmiş Ştatlar prezidenti həmçinin əlavə edib ki, Haitiyə ABŞ ordusunun göndərilməsi gündəmdə deyil.

Xatırladaq ki, iyulun yeddisi gecə saatlarında bir qrup naməlum şəxs Haiti prezidentinin iqamətgahına hücum edərək dövlət başçısı Jovenel Moizi qətlə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.